525.Az

MTRŞ kabel televiziyasının yayım lisenziyasının vaxtını uzadıb


 

MTRŞ kabel televiziyasının yayım lisenziyasının vaxtını uzadıb<b style="color:red"></b> Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda "AN-MEDİA" Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən "AN-MEDİA" Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.
 





28.12.2012    çap et  çap et