525.Az

Ağrılara çökdü Şaiq...- Şeir


 

Ağrılara çökdü Şaiq...- <b style="color:red">Şeir</b> İstedadlı şair, dəyərli söz adamı Şaiq Vəlinin səhhətində ciddi problem var. Artıq yatağa məhkum olan şair bir müddətdir ki, ağır xəstəliklə mübarizədədir. Şaiq Vəliyə Allahdan rəhm diləyir, sağlamlığının bərpasını arzulayır ona həsr olunmuş bir şeiri dərc edirik.   

 

 

Ədalət NİCAT

 

Ağrılara çökdü Şaiq...

 

 

Göylə yerin arasında,

 

Arzusuyla təkdi Şaiq.

 

Dünyanın ən gözəl gülün

 

Söz bağında əkdi Şaiq.

 

Öz qismətin özü dərdi,

 

Çiynində çəkir el dərdi,

 

Dağ da çəkməz belə dərdi,

 

Dərdi mərd tək çəkdi Şaiq.

 

 

Göydə gəzən söz köçünü,

 

Yerdə yığıb öz köçünü.

 

Eşq ilə dolu içini

 

Misra-misra sökdü Şaiq.

 

 

Qisası alır özündən,

 

Heç yayınmaz gözündən,

 

Bal kimi şirin sözündən,

 

Uca qala tikdi Şaiq.

 

 

Özün heç zaman öymədi,

 

Bir könülə dəymədi,

 

Haqsızlara baş əymədi,

 

Ağrılara çökdü Şaiq.

 

 





28.12.2012    çap et  çap et