525.Az

2016-cı il üzrə büdcə zərfi nə vaxt müzakirə olunacaq?


 

2016-cı il üzrə büdcə zərfi nə vaxt müzakirə olunacaq?<b style="color:red"></b>

Azərbaycanın 2016-cı il üzrə büdcə zərfinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaçağı tarix məlum olub.

Parlamentdən APA-ya verilən məlumata görə, büdcə zərfi oktyabrın 13-ü və 14-də Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq.
 
Buna qədər isə büdcə zərfi parlamentin komitələrinin müzakirəsindən keçəcək.
 
Büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2016-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2016-ci il üçün xərclər smetaları daxildir.

 





22.09.2015    çap et  çap et