525.Az

«8-ci km Bazarı» qarşısında yeraltı keçid istifadəyə verilib-Foto


 

«8-ci km Bazarı» qarşısında yeraltı keçid istifadəyə verilib-<b style="color:red">Foto</b>

Bu gün Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində Heydər Əliyev parkının qarşısında piyada keçidi istifadəyə verilib.

 «Azəryolservis» ASC-dən verilən məlumata görə,  keçidin uzunluğu 45 metr, eni 12 metr, hündürlüyü 3 metrdir. Keçidin 4 çıxışı var, bunlardan 2-si Heydər Əliyev parkı istiqamətində, digər 2-si isə əks istiqamətdədir.
 
Keçiddə müasir işıqlandırma sistemi quraşdırılıb, döşəmə və divarlar Türkiyə istehsalı olan parlaq mərmərlərlə döşənib. Pilləkənlərdə ilk dəfə olaraq sürüşmənin qarşısını almaq üçün yanmış mərmər vurulub.
 
«Şəhərin ən gur gediş-gəliş yeri olan bu hissədə keçidin olmaması həm sakinlər, həm də sürücülər üçün böyük təhlükə yaradırdı. Bununla əlaqədar olaraq ölkə başçısının müvafiq sərəncamına əsasən Nəqliyyat Nazirliyinin sifarişi ilə 2012-ci ilin fevralından keçidin tikintisinə başlanıb», - deyə məlumatda bildirilir.
 
Qrunt və yağış sularının kənarlaşdırılması üçün keçiddə drenaj xətləri çəkilib və nasosxana quraşdırılıb. Keçiddə paslanmayan materialdan məhəccər qoyulub, eyni zamanda əlil arabalarının hərəkəti üçün şərait yaradılı

 





28.12.2012    çap et  çap et