525.Az

ADU-da tələbələrarası I bədii tərcümə çempionatı keçirilib- Fotolar


 

ADU-da tələbələrarası I bədii tərcümə çempionatı keçirilib- <b style="color:red">Fotolar</b>

Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı (ADU TGT) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə universitetin tələbələri arasında I bədii tərcümə çempionatı keçirib.

Təşkilatın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, iki turdan ibarət olan çempionatda ADU-da tədris olunan bütün dillər üzrə təhsil alan tələbələr iştirak ediblər. Çempionatda tələbələrə təqdim olunan tərcümə işlərinin nəticələrinə görə 11 tələbə yarışmanın 2-ci mərhələsinə keçdilər.

Çempionatın finalında iştirakçılar müxtəlif dillərdə “Carmen”, “Merlin Monro”, “Müsyo Jordan”  obrazlarını canlandıraraq, maraqlı səhnələr və mahnılarla çıxış ediblər.

Çempionatın sonunda ADU-nun kafedrə müəllimlərindən ibarət münsiflər heyəti çempionatın qaliblərini seçiblər. Nəticələrə görə ADU-nun ingilis dili fakültəsindən Fəridə İsmayilov, Alman dili fakültəsindən Elçin Yunusov, Fransız dili fakültəsindən Lalə Məlikova qalib oldular.
Qeyd edirik ki, bütün qaliblər ADU TGT tərəfindən xüsusi “qızılı” diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.









 





28.12.2012    çap et  çap et