525.Az

"Kredit alan hər kəs fikirləşməlidir ki..."


 

VAHİD ƏHMƏDOV: "ÖLKƏDƏ YARADILAN AZAD SAHİBKARLIQ MÜHİTİNDƏN SUİ-İSTİFADƏ ETMƏK YOLVERİLMƏZDİR"

"Kredit alan hər kəs fikirləşməlidir ki..."<b style="color:red"></b>

"Azərbaycanın dövlət başçısı tərəfindən ölkədə özəl sektorun, azad sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı son illər müstəsna əhəmiyyətli nə qədər fərmanlar, sərəncamlar imzalanıb, verilib.Yəni, ölkə rəhbərliyi, hökumət tərəfindən bu istiqamətdə ardıcıl olaraq müsbət addımlar atılır və atılmaqda davam edir".

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin (MM) üzvü Vahid Əhmədov dilə gətirib.  V. Əhmədovun dediyinə görə, ancaq bir sıra insanlar, sahibkarlar, hətta, bəzi iri vergi ödəyiciləri var ki, yaradılan şəraiti,  azad sahibkarlıq mühitini düzgün "başa düşmür", böyük həcmdə kredit götürüb onun "istədikləri" istiqamətdə istifadə etmək üçün xərcləyirlər. "Bu, yolverilməzdir, bu, ölkədə yaradılan azad sahibkarlıq mühitindən açıq-aşkar sui-istifadə etməkdir. Bunun qarşısı qanuni yollarla alınmalıdır və alınır da"- deyən millət vəkili qeyd edib ki, ümumiyyətlə, kredit qalmaqalı, bu məsələ ətrafında söz-söhbətlər uzun müddətdir ki, gedir. Onun sözlərinə görə, burada da bir neçə versiya var. "Birincisi, krediti alan hər bir şəxs-istər fiziki, istər hüquqi şəxs olsun, fikirləşməlidir ki, bu krediti qaytarmaq lazımdır. Yəni, müqavilə bağlananda onun şərtləri ilə yaxından tanışmaq olmadır və yalnız qaytarmaq imkanı varsa o krediti götürməlidir.Yoxsa, krediti götürüb onun təyinatı üzrə yox, "istənilən" kimi istifadə etmək olmaz. Krediti  təyinatı üzrə yönəltmək lazımdır, onu götürüb başqa məqsədlər üçün istifadə etmək qəti yolverilməzdir.

İstər dövlət bankı olsun, istər özəl bank olsun, onlardan alınan kreditlər mütləq geri qaytarılmalıdır. Çünki kredit verən hər hansı bank və ya bank olmayan kredit təşkilatları buna cavabdehlik daşıyırlar.  Ona görə də bu, çox ciddi məsələdir. İkinci bir tərəfdən kreditlərin faizləri ilə əlaqədar da həmişə problemlər olub.

Biz bunu mütəmadi olaraq qaldırmışıq,  yəni, faiz dərəcələrini müəyyən qədər azaltmaq lazımdır. Son vaxtlar düzdür, Mərkəzi Bank tərəfindən bu yöndə  müəyyən addımlar atılır, məsələn,  uçot dərəcəsi aşağı salınır və sair, amma yenə deyirəm krediti alan hər bir şəxs onu fikirləşməlidir ki,  vaxtı çatanda onu qaytarmaq lazımdır. Bu, ciddi məsələdir. Ümumiyyətlə, Azərbaycanda Beynəlxalq Bankla, digər banklarla bağlı yaranan qalmaqallar öz həllini tapmalıdır. İndiki şəraitdə, dünyada gedən qlobal maliyyə-iqtisadi böhran  şəraitində Azərbaycanda bu vəsaitlər banklara qaytarılmalıdır ki, banklar dövriyyə vəsaitini artırsınlar,  adi insanlara, sahibkarlara kredit verə bilsinlər və sair"-deyə,V. Əhmədov sonda sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





22.09.2015    çap et  çap et