525.Az

AZAL əl yükünün icazə verilən çəkisini artırıb


 

AZAL əl yükünün icazə verilən çəkisini artırıb<b style="color:red"></b> “Azərbaycan Hava Yolları” QSC (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.
 
Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
 
“Bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər”, - deyə məlumatda qeyd olunur.
 
Qeyd edək ki, əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi.
 
AZAL-ın reyslərində əl yükünün ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır.
 





23.09.2015    çap et  çap et