525.Az

Həmsədrlər Nalbandyanla görüşüblər


 

Həmsədrlər Nalbandyanla görüşüblər<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) Nyu Yorkds BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

APA-nın xəbərinə görə, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” hesabında yazıb.
 
Həmsədrlər E. Nalbandyanla qoşunların təmas xəttində xüsusilə mülki şəxslərin itkiləri ilə nəticələnən son zorakılıq halları ilə bağlı ciddi müzakirələr aparıblar.
 
Qeyd edək ki, həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə əvvəl ayrılıqda, daha sonra isə birlikdə görüş keçirəcəklər.

 





25.09.2015    çap et  çap et