525.Az

İbrahim Topçubaşov olduğu kimi- Sabah "525-ci qəzet"də


 

İbrahim Topçubaşov olduğu kimi- <b style="color:red">Sabah "525-ci qəzet"də</b>

Sabahkı "525-ci qəzet"də Paşa Qəlbinurun İbrahim Topçubaşov haqqında maraqlı essesini oxuyun. İlin son "525-ci qəzet"ini səhər köşklərdən almağı unutmayın:


Deyirdilər ki, İbrahim dünyada olan bütün kişilərdən fərqli gizlin-aşkar sevdiyi qadınların hamısını  ZAQSa aparıb, kəbin kəsdirib. Dörd dəfə evlənib. Deyirdilər ki, əsl kişi belə olar.
................
Və bir gün təxminən qırx yaşlarında bütün zamanlar üçün Azərbaycanımızın və dünyanın ən gözəl səslərindən olan Flora xanıma tuş gəldi.
.............
Və həmin cəhalət də  onu qırx beş yaşında bu dünyadan qoparıb qədri bilinəcəyi bir dünyaya aparanda, bizim beşinci görüşümüz baş tutdu:

Böyük – çox böyük izdiham. Qara örtüklü tabutun dalıyca müxtəlif məsafələrdə  dörd qara geyimli, qara örpəkli qadın gedir. Ən kiçiyinin iyirmi doqquz, ən böyüyünün qırx beş yaşı var. Ən kiçiyi – Flora xanım onlardan bir az arxada addımlayırdı. Dördünün də qoluna yaxın rəfiqələri girib. Yoxsa addımlamaq olmazdı. Bu boyda dərdi tək daşımaq olmazdı!..

Onların dördü də tabutun dalıyca mənə yaxın məsafədə addımlayırdılar. O hıcqırtılar, yanıqlı göz yaşları ürək dağlayırdı. Flora xanıma ən yaxın məsafədə idim. Fikrim öndə tabutun içində gedən kumirimdə idi. Ömrümdə gözlərimdən bu qədər yaş axmamışdı. Birdən diqqətimi Flora xanımın yaxın məsafədən aydın eşidilən zümzüməsi çəkdi. O, İbrahimin ona həsr etdiyi mahnını qəribə yanıqlı səslə oxuyurdu. Bu eşitdiyim ağıların ən acısı, təsirlisi  idi. Az qalırdı damarımda qanım dona. Elə bil ki, dünyanın ən təsirli zəhərinə bal qatmışdılar. Ölüm səsdə, nəğmədə həll olmuşdu...
......................
Əslində bu yuxu mənim  idealım professor İbrahim bəy Topçubaşovun  tələbəsi, professor Baxşəli Baxşəliyevin beş il əvvəl mənə danışdığı gerçəyin yaddaşımdakı kölgəsi idi. Baxşəli müəllim deyirdi ki, 1970-ci ilin 23 fevralında (o zamanlar mən Qubada şəhər xəstəxanasında cərrah işləyirdim) küçədə bir evin qarşısında süfrə açılmışdı. Beş addımda manqalda kabab bişirdi, samovar qaynayırdı. Süfrədə araq, şərab var idi. Ev yiyəsi yoldan keçənləri dəvət edirdi. Heç olmasa, iki tikə kabab  götürüb yüz qram araq vurmağı xahiş edirdi. Mən lap yaxından keçirdim, yaxınlaşdım. Xəstəxanamızın feldşeri orada idi. Soruşmaq istəyəndə başını aşağı salıb yavaş səslə dedi: “Baxşəli doktor, gedək, bu kişi İbrahim doktorun vaxtilə Qubada işləyəndə  evləndiyi “Qubalı qızın” əmisi, həm də o vaxtlar  nişanlı olduğu oğlanın atasıdır. Bu gün professor İbrahim Topçubaşov rəhmətə gedib. Bu axmaq kişi şadyanalıq edib, keçənləri süfrəyə dəvət edir...”

 





29.12.2012    çap et  çap et