525.Az

Lavrov həmsədrlərlə görüşdü


 

Lavrov həmsədrlərlə görüşdü<b style="color:red"></b> Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
 
Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında iştirak edən S. Lavrov həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) qəbul edib.

Görüşə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.
 
Həmsədrlər S. Lavrova Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı məlumat veriblər.
 





28.09.2015    çap et  çap et