525.Az

"Turizm həcmi azalıb”


 

"Turizm həcmi azalıb”<b style="color:red"></b>

“Bu il 36 min nəfər elektron viza alaraq ölkəyə rahat şəkildə daxil ola bilib. Azərbaycanda viza rejimi artıq çox sərbəstləşib”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycanda bu il gediş turizminin həcmi ötən illə müqayisədə 5-7, gəlmə turizmin həcmi isə 5-6 faiz azalıb.

Onun fikrincə, azalmalar Rusiya, Gürcüstan və İranda baş verən proseslərlə bağlıdır:

“Dünya ölkələrinə nəzər salsaq, rusiyalı turistlər hər yerdə azalıb. Bu, ölkədə baş verən hadisələrlə bağlıdır. Azərbaycana Avropa, Körfəz ölkələrindən gələn turistlərin sayı artmaqdadır. Əlbəttə, bu, müsbət tendensiyadır”.
 
Nazir əlavə edib ki, Dünya İqtisadi Forumunun son göstəricilərinə görə, Azərbaycanın turizmi dünyanın 141 ölkəsi arasında 36-cı yerdədir:

“Bu rəqəm onu göstərir ki, dünyanın inkişaf edən bazarında Azərbaycanın tutduğu mövqe, onun iqtisadi mexanizmləri tanınır və qəbul olunur. Bu, ciddi göstəricidir”.

 





28.09.2015    çap et  çap et