525.Az

"Youtube" qadağan edildi


 

"Youtube" qadağan edildi

Pakistan hökuməti Məhəmməd Peyğəmbəri təhqir edən filmi yayımlayan "Youtube" saytına girişi qadağan edib.

525.az TRT-yə istinadən xəbər verir ki, sayta girmək istəyənlər Pakistan Telekommunikasiya İdarəsinin təlimatı ilə "uyğun olmayan məzmun" səbəbilə girişin qadağan olunduğuna dair mesajla qarşılaşırlar.

Qərarı "Youtube" rəsmilərinin Pakistan hökumətinin filmin saytdan çıxarılmasına dair tövsiyəsinə rədd cavabı verməsindən sonra baş nazir Raja Pərviz Əşrəf verib.

Sudan Milli Telekommunikasiya Təşkilatı da "Youtube"a girişi qadağan edib. Təşkilat rəsmisi Mustafa Abdulhafiz "Anadolu" Agentliyinin müxbirinə verdiyi açıqlamada Məhəmməd Peyğəmbəri təhqir edən filmin silinməsi ilə bağlı sayta müraciət etdiklərini, amma cavab almadıqlarını bildirib: "Ona görə də "Youtube"a girişi qadağan etdik. Onlardan müsbət cavab gələnə qədər də bu qadağa davam edəcək".

 





18.09.2012    çap et  çap et