525.Az

"Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanı deyil, Azərbaycanı seçdik"


 

"Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanı deyil, Azərbaycanı seçdik"<b style="color:red"></b> "Dağlıq Qarabağ münaqişəsi səbəbindən biz Azərbaycanla Ermənistan bazarı arasında seçim etmək məcburiyyətində qaldıq və biz Azərbaycanı seçdik".
 
"APA-Economics"in məlumatına görə, bunu Rusiyanın "Vedomosti" qəzetinə müsahibəsində "Western Union" şirkətinin prezidenti Hikmət Ersek deyib.
 
"Hər iki ölkənin Mərkəzi Bankı bizim qarşımızda seçim qoydu: biz bu iki ölkədən yalnız birində fəaliyyət göstərə bilərdik. Təbii ki, mən istərdim ki, biz Ermənistanda da işləyək, lakin biz şəraitə uyğunlaşmalıyıq. Ermənistan razılaşsaydı, biz sabahdan etibarən orada biznesimizi qurmağa başlayardıq", - deyə H. Ersek bildirib.
 





29.09.2015    çap et  çap et