525.Az

Avtomobil idxalı ikiqat azalıb


 

Avtomobil idxalı ikiqat azalıb<b style="color:red"></b>

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 21 147 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 129 avtomobil və 2,05 dəfə azdır. 

Ölkəyə gətirilən avtomobillərin 686 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 18 821 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 437 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 203 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

 





29.09.2015    çap et  çap et