525.Az

Bakı Yeni ili qarsız qarşılayacaq


 

Bakı Yeni ili qarsız qarşılayacaq<b style="color:red"></b>

Sinoptiklər Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İlə olan hava proqnozunun son variantını açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də gündüz ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi, dekabrın 31-i axşam, yanvarın 01-nə keçən gecə və yanvarın 01-də gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun dekabrın 31-də gecə 0-2 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, yanvarın 1-də gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, Mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda isə gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər duman, axşam isə yağıntılı olacağı, sulu qar yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz güclənəcək.

Havanın temperaturunun gecə 0-2, günün birinci yarısında 5-7, axşama doğru 2 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 30-da şimal və qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 11-15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 





29.12.2012    çap et  çap et