525.Az

ARGTMŞ-dan növbəti məlumat turu


 

ARGTMŞ-dan növbəti məlumat turu<b style="color:red"></b> Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti məlumat turu son illərin uğurlu layihələrindən biri olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində həyata keçirilib.

Şuradan 525.az-a verilən xəbərə görə, məlumat turu ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının iştirakı ilə baş tutub.

Məlumat turunda iştirak edən gənclərə Nəqliyyatın İntelektual İdarəetmə mərkəzinin yaranma tarixi, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin operativ qaydada həyata keçirilməsini təmin edən perspektiv planlar haqqında məlumat verilib. Tur zamanı iştirakçılar Bakı şəhərinin nəqliyyat sisteminin vahid mərkəzdən görünüşünü müşahidə ediblər.

Daha sonra, gənclər müşahidəçi vasitəsilə İntelektual İdarəetmə Sisteminin əhatə dairəsi və əsas funksiyaları, naviqasiya sisteminin tətbiqi, ictimai nəqliyyatın idarə edilməsi haqqında ətraflı məlumat əldə ediblər. Mərkəzi ziyarət edən gənclər elektron-kart ödəmə sisteminin tətbiqi sahəsindəki gələcək planlarla həmçinin, fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunması prossesi ilə tanış olublar.

Məlumat üçün qeyd edək ki, ARGTMŞ gənclər təşkilatları arasında ölkənin tarixi, mədəniyyəti, incəsənəti, innovativ və müasir texnologiyalarının təbliği və onların məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq məlumat turları həyata keçirir.

Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”, “Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə məlumat turları təşkil olunub.

Vəfa MƏMMƏDLİ
 





29.09.2015    çap et  çap et