525.Az

“QHT-lər və jurnalistlər qanunlara hörmətlə yanaşsalar...


 

“QHT-lər və jurnalistlər qanunlara hörmətlə yanaşsalar...<b style="color:red"></b>

“Araşdırmalar zamanı müəyyən edilib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları ölkənin qanunlarına hörmətlə yanaşmır. Onların heç biri rəsmi qeydiyyatdan keçmir, xaricdən aldıqları pullar barədə heç biri dövlət qurumunu məlumatlandırmır”.

APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov deyib.
 
Zakir Qaralov bildirib ki, həmin QHT-lərin əməkdaşlıq etdikləri jurnalistlərlə heç bir müqavilə bağlanmır: “Bağlandığı halda isə əgər xarici QHT-dirsə akkreditasiyadan keçmirlər və aldıqları vəsaitlərin bir çoxunu rəsmiyyətdən yayındırırlar.
 
Mən sizin vasitənizlə bütün QHT-lərə və jurnalistlərə müraciət edirəm ki, onların hər biri Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar, vergi qanunvericiliyinin tələblərini pozmasınlar, belə olan halda prokurorluq onların heç biri ilə bağlı araşdırma aparmayacaq. Onlar xarici havadarları vasitəsi ilə bu əməllərini davam etdirəcəklərsə, sözsüz ki, qanun qarşısında cavab verəcəklər”.

 





01.10.2015    çap et  çap et