525.Az

Şadlıq evləri və restoranlarda yoxlamalar aparılacaq


 

Şadlıq evləri və restoranlarda yoxlamalar aparılacaq<b style="color:red"></b>

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) gələn il şadlıq evləri və restoranlarda yoxlamalara başlayacaq.

“APA-Economics” xəbər verir ki, bunu DƏMX-in rəisi Fuad Əlizadə bildirib.
 
"Gələn ilin birinci rübündə "Təhlükəsizlik iş aylığı" çərçivəsində şadlıq evləri və restoranlarda yoxlamalara başlayacağıq. Azərbaycanda xeyli sayda şadlıq evləri və onlardan iki dəfə çox restoranlar fəaliyyət göstərir.
Burada işləyən işçilərin əmək qeydiyyatına alınması, icbari sığortası və sair məsələlər yoxlanılacaq", - deyə F. Əlizadə bildirib.

 





01.10.2015    çap et  çap et