525.Az

Nazirlikdən mənzillə təmin olunmaq istəyən hərbi qulluqçulara müraciət


 

Nazirlikdən mənzillə təmin olunmaq istəyən hərbi qulluqçulara müraciət <b style="color:red"></b>

Mənzillə təmin olunmaq istəyən hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular 6 oktyabr 2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət edə bilərlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumatda bildirilir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin” 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən həqiqi hərbi xidmətə başlamış, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, Maliyyə Nazirliyinin müvafiq mənzil komissiyasına təqdim edilən siyahıda qeydiyyatdan keçmiş, Gəncə şəhərində daimi mənzillə təmin olunmaq istəyən hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular 6 oktyabr 2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə (055 675-26-56) müraciət edə bilərlər.

 





01.10.2015    çap et  çap et