525.Az

Təhsil müəssisələrinə 38 417 ədəd personal kompüter verildi


 

Təhsil müəssisələrinə 38 417 ədəd personal kompüter verildi

"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinə 38 417 ədəd personal kompüter verilib.

Bu barədə 525.az-a Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov məlumat verilib. S.Məmmədov bildirib ki, verilən kompüterlərin 3209 ədədi noutbukdur. Habelə tədris müəssisələri 3209 ədəd proyektor və 300-ə yaxın interaktiv lövhələrlə təchiz edilib.

S.Məmmədov qeyd edib ki, hazırda 4522 ümumtəhsil məktəblərinin 83 faizi, 110 texniki-peşə müəssisələrinin 84 faizi və 56 dövlət orta ixtisas təhsil müəssisələri kompüter avadanlığı ilə təmin olunub. Orta təhsil müəssisələrində 20 şagirdə 1 kompyuter, dövlət ali məktəblərində isə hər 28 tələbəyə 1 kompüter düşür.

S.QARAYEVA

 

 





18.09.2012    çap et  çap et