525.Az

Unibank səhmlərinin yerləşdirilməsi başa çatdı


 

Unibank səhmlərinin yerləşdirilməsi başa çatdı<b style="color:red"></b>

Unibankın səhmlərinin yerləşdirilməsi uğurla başa çatıb.
 
Dekabrın 26-da başlanan proses çərçivəsində “Unibank” Kommersiya Bankı ASC-nin dövlət qeydiyyat nömrəsi AZ3001002022 olan, ümumi məbləği 5 000 040 manat təşkil edən, 1 838 250 ədəd sənədsiz adlı imtiyazlı səhmi Bakı Fond Birjasında yerləşdirilib. Hər bir səhmin nominal dəyəri 2,72 manatdır.

Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edib. Qeyd edək ki, emissiya prospektinin yerləşdirilməsi nəticəsində Unibankın nizamnamə kapitalı 56,565 milyon manatdan 61,565 milyon manata çatdırılacaq.

 





30.12.2012    çap et  çap et