525.Az

Yeni ilin ilk ayının hava proqnozu


 

Yeni ilin ilk ayının hava proqnozu<b style="color:red"></b>

Azərbaycanda 2013-cü ilin yanvar ayına olan hava proqnozu açıqlanıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına  yaxın olacağı gözlənilir. Lakin ayın ikinci yarısında temperatur  normadan bir qədər aşağı enəcək. Yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
 
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 4-8 dərəcə, ikinci yarısında  isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Gecələr ayın birinci yarısında  1-4 dərəcə isti, ayın ikinci yarısında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Gündüzlər ayın birinci yarısında 4-9 dərəcə, ayın ikinci yarısında 2-6 dərəcə isti, bəzi  günlərdə isə 0-2 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı proqnozlaşdırılır.
 
Naxçıvan  Muxtar Respublikasında orta aylıq temperaturun 0-3 dərəcə şaxta təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 0-5 dərəcə isti, ikinci yarısında isə 0-5 dərəcə şaxta təşkil edəcək. Gecələr temperatur 3-8 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta təşkil edəcək. Gündüzlər ayın birinci yarısında 2-7 dərəcə isti, bəzi günlərdə 9 dərəcədək isti, ayın ikinci yarısında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə  3-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-25 mm), bəzi günlərdə isə normadan bir qədər çox olacaq.          
                                                 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə şaxta təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ayın ikinci yarısında isə 1-6 dərəcə  şaxta təşkil edəcək. Gecələr ayın birinci yarısında 1-3 dərəcə şaxta, ayrı-ayrı günlərdə 10 dərəcəyədək şaxta, ayın ikinci yarısının bəzi günlərində isə 13-18 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər ayın birinci yarısında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 4 dərəcəyədək şaxta, ayın ikinci yarısının bəzi günlərində isə 5-7 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 16-24 mm) olacaq.
 
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 1-6 dərəcə isti, ayın ikinci yarısında isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Gecələr ayın birinci yarısında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 4-8 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər ayın birinci yarısında 3-8 dərəcə isti, ayrı-ayrı günlərdə 12 dərəcəyədək isti, ayın ikinci yarısında 0-5 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.         
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim  normasına  yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ayın ikinci yarısında isə 1-6 dərəcə şaxta təşkil edəcək. Gecələr ayın birinci yarısında 1-6 dərəcə şaxta, ayrı-ayrı günlərdə 3 dərəcəyədək isti, ayın ikinci yarısında bəzi günlərdə 8-13 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə temperatur 20-25 şaxta təşkil edəcək.
 
Gündüzlər ayın birinci yarısında 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 10 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 0-5 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-49 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı proqnozlaşdırılır.        
                                                  
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,  Neftçala rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Gecələr ayın birinci yarısında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 5 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 2-5 dərəcə şaxta təşkil edəcək.
 
Gündüzlər ayın birinci yarısında 4-9 dərəcə isti, ayrı-ayrı günlərdə 12 dərəcəyədək isti, ayın ikinci yarısında 1-6 dərəcə isti, ayrı-ayrı günlərdə 3 dərəcəyədək şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma  17-30 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara  rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci  yarısında orta sutkalıq temperatur 0-3 dərəcə isti, dağlarda 2-7 dərəcə şaxta təşkil edəcək. Gecələr ayın birinci yarısında 1-5 dərəcə isti, ayın ikinci yarısının bəzi günlərində 4 dərəcəyədək şaxta, dağlarda  10-15 şaxta olacağı gözlənilir. Gündüzlər ayın birinci yarısında 4-9 dərəcə isti, ayrı-ayrı günlərdə 12 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 63-98 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

 





30.12.2012    çap et  çap et