525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Oktyabrın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-27 dərəcə isti olacaq. 
 
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağntının leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 14-19, gündüz 23-28, dağlıq ərazilərdə gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.
 
Oktyabrın 3-5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 





02.10.2015    çap et  çap et