525.Az

"ASAN xidmət" və "BakuBus"dan birgə layihə


 

"ASAN xidmət" və "BakuBus"dan birgə layihə<b style="color:red"></b>

“ASAN xidmət”, “ASAN Könüllüləri” təşkilatı və "BakuBus” MMC birgə “Nəqliyyat bələdçisi” adlı yeni layihəyə başlayıblar.

“ASAN xidmət”dən Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi qayda-qanunlara tam şəkildə riayət edən sürücülər və ictimai nəqliyyatda vətəndaş məsuliyyətini unutmayan sərnişinlərin köməyi ilə daha rahat və təhlükəsiz sərnişindaşımaya şərait yaratmaq, ictimai nəqliyyatda mövcud problemlərə diqqət çəkməkdən ibarətdir.

“ASAN xidmət” mərkəzlərinin cari və məzun könüllüləri ictimai nəqliyyatda innovativ texnologiyaların tətbiqi ilə nəqliyyat daşınmalarının keyfiyyətinin artırılması məqsəd ilə istifadəyə verilən "BakuBus” avtobuslarına minmək və düşmək qaydaları ilə əlaqədar sərnişinləri maarifləndirəcəklər.

Belə ki, ictimai nəqliyyatda davranış qaydalarının təkmilləşdirilməsinə, onun səviyyəsinin yüksəldilməsinə dair təşəbbüslə çıxış edən gənclər sərnişinlərin maariflənməsinə yardım göstərmək məqsədi ilə bukletlər paylayacaq, müxtəlif flashmoblar keçirək və videoçarxlar hazırlayacaqlar.

Qeyd edək ki, layihədə 500-ə yaxın ASAN könüllüsünün “Gəlin, ictimai nəqliyyatdan düzgün istifadə edək” şüarı ilə iştirakı nəzərdə tutulur.

 





02.10.2015    çap et  çap et