525.Az

“Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə öz həllini tapacaq”


 

“Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə öz həllini tapacaq”<b style="color:red"></b>

Ağdama səfər edən Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İn rəsmi görüşlərdən sonra jurnalistlərin suallarını cavablandırıb.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, səfir bildirib ki,  iki ölkə arasında layihələr həyata keçirilərkən dövlət orqanları ilə müzakirələr aparılır: “Ağdamın seçilməsinin məqsədi ondan ibarətdir ki, ön cəbhəyə yaxın yerləşir. Məcburi köçkünlər sıx məskunlaşıb. Böyük rayonlardan biridir. Azda olsa məcburi köçkünlərə mənəvi dəstək olmağa çalışdıq. Belə bir konfliktin olmağı təəssüfləndirici haldır. Lakin ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə öz həllini tapacaq”.
 
Çoi Suk İn, Azərbaycandakı fəaliyyəti dövründə heç bir maneə ilə qarşılaşmadığını deyib. “Azərbaycan da üç möhtəşəm il keçirdim. Azərbaycan hökumətinin və xalqının mənə göstərdiyi dostluğu, hörməti, qayğını çox yüksək qiymətləndirirəm”.
 
Koreyalı diplomat həmçinin Azərbaycanda qan qohumları arasında olan isti münasibətə həsəd apardığını vurğulayıb. “Mən uşaq olarkən biz ailə üzvlərimizlə bir yerdə yaşayırdıq. Demək olar ki, yaxın qohumlarımız da çox yaxında yaşayırdılar. Yəni qonşu ərazilərdə yaşayırdılar. Ona görə yaxın əlaqələrimiz var idı. İndiki zəmanədə isə sadəcə bir araya gəlməyə vaxt tapmırıq. Bu baxımdan Azərbaycan ailələrinin bir-birinə yaxınlığını və tez-tez bir araya gəlməsinə həsəd aparıram”.

 





03.10.2015    çap et  çap et