525.Az

“Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” yekunlaşıb


 

“Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” yekunlaşıb<b style="color:red"></b>

Oktyabrın 1-də Milli QHT Forumda Mirzə Ələkbər Sabir Fondunun “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsinin yekun təqdimatı keçırilib.
 
Tədbiri giriş sözü ilə fondun prezidenti Sevda Tahirli açaraq layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, fond artıq üç ildir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsini icra edir. Cari ilin aprelindən etibarən layihənin hazırkı III mərhələsi Azərbaycan ədəbi dilinin radio və televiziya verilişlərində tətbiqi zamanı yol verilən qüsurlara və onların aradan qaldırılması yollarına həsr edilib. Monitorinq üç televiziya və radio kanalında aparılıb.

S.Tahirli vurğulayıb ki, monitorinq zamanı televiziya və radio kanallarında aparıcıların dil lüğətinin tərkibində səslərin kəmiyyət baxımından düzgün tələffüz olunmaması, leksik və üslubi səviyyədə normadan sapmalar, mənaya uyğun olmayan sözlərdən istifadə, qeyri-etik sözlərin işlənməsi, anlaşılmayan cümlələr, məntiqi səhvlərə yol və s. kimi nöqsanlar müşahidə edilib.

Mövzu ətrafında İctimai Televiziyanın efirində “Müzakirə vaxtı” verilişində gənclərin, jurnalistlərin, QHT rəhbərləri və təmsilçilərinin, müxtəlif peşə sahiblərinin də iştirak etdiyi “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsi çərçivəsində geniş müzakirə keçirilib və aparılan monitorinqin nəticələrinin əks olunduğu buklet nəşr edilib.

Tədbirdə BDU-nun professorları Nəsir Əhmədli, A.Bayramoğlu, televiziya və radionun təcrübəli diktorları Ofeliya Sənani, Həqiqət Cabbarlı, eləcə də gənc aparıcılar Vüsalə Səid, Sevinc Muradova, müxtəlif peşə sahibləri, tələbə gənclər iştirak ediblər.

Mövzu ətrafında müzakirələrdə iştirakçılar tərəfindən maraqlı təkliflər irəli sürülüb.

AzərTAc

 





04.10.2015    çap et  çap et