525.Az

Muğam Mərkəzində Fərqanə Qasımovanın “Nəva”sı səslənəcək


 

Muğam Mərkəzində Fərqanə Qasımovanın “Nəva”sı səslənəcək<b style="color:red"></b>

Oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Fərqanə Qasımovanın solo konserti keçiriləcək.
 
Konsertdə F.Qasımova “Nəva” dəstgahını ifa edəcək.

Klassik muğamdan biri olan “Nəva” uzun müddətdir Azərbaycanda ifa olunmur. F.Qasımova “Nəva”nı seçməklə muğam sənətinin unudulmaqda olan bu muğamı yenidən gündəmə gətirmək istəyir. “Nəva” İranda daha çox populyardır. Böyük xanəndələr üçün bu muğamı ifa etmək sənətkarlıq dərəcəsini, ustalığı göstərən mərhələ sayılır.

Konsertdə F.Qasımovanı azərbaycanlı ifaçılarla yanaşı, İrandan olan iki musiqiçi də müşayiət edəcək.

 





04.10.2015    çap et  çap et