525.Az

Rejissor Əli Usubovun yubileyi qeyd olunacaq


 

Rejissor Əli Usubovun yubileyi qeyd olunacaq<b style="color:red"></b>

Oktyabrın 4-də Azərbaycan Dövlət Musiqili Teatrında tanınmış teatr rejissoru, Əməkdar incəsənət xadimi Əli Usubovun 80 illik yubileyi qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən  bildirilib ki, yubiley münasibətilə rejissorun quruluş verdiyi böyük bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin bu yaxınlarda premyerası anşlaqla keçən “Qafqazlı qardaşqızı” operettası nümayiş olunacaq.

Qeyd edək ki, Əli Usubov 50-yə yaxın opera və operettaya quruluş verib. C.Verdinin “Aida”, “Riqoletto”, “Traviata”, D. Puççininin “Toska”, S. Raxmaninovun “Aleko”, Q. Doniçettinin “Luçiya di Lmermur” operaları, O. Flestmanın “Köhnə ev”, İ. Ştrausun “Yarasa”, İ.Kalmanın “Silva”, F. Leqarın “Şən dul qadın” və başqa operettaları Əli Usubovun quruluşunda müxtəlif teatrların səhnələrini illərlə bəzəyib. Bir çox dövlət tədbirlərinə də quruluş verən rejissor hazırladığı opera və operettalar Moskva Böyük Teatrı ilə yanaşı, Ukrayna, Türkmənistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər MDB ölkələrinin teatrlarında uğurla nümayiş olunub. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının ilk quruluşunun 100 illiyi ilə əlaqədar TÜRKSOY-un sifarişi ilə bu əsərə rejissorluq edib.
 
Ə. Usubovun quruluşunda “Arşın mal alan” beynəlxalq layihə çərçivəsində Paris, Strasburla yanaşı, bir sıra MDB dövlətlərinin şəhərlərində də nümayiş olunub.

 





04.10.2015    çap et  çap et