525.Az

Çarlz Lloyd Bakıda konsert proqramı ilə çıxış edəcək


 

Çarlz Lloyd Bakıda konsert proqramı ilə çıxış edəcək<b style="color:red"></b> Məşhur caz ifaçısı, caz musiqisinin əfsanəsi hesab olunan Çarlz Lloyd oktyabrın 30-da Bakıda konsert proqramı ilə çıxış edəcək.
 
Heydər Əliyev Sarayının mətbuat xidmətində APA-ya verilən məlumata görə, konsert proqramı oktyabrın 25–dən noyabrın 3-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən təşkil olunan Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçiriləcək.
 
Qeyd edək ki, Ç. Lloydun 1966-cı ildə “Monterey Jazz Festival”ı zamanı qeydə alınan albomu bir milyondan artıq tirajla satılıb.
 
İfaçı “Soyuq müharibə” dövründə Sovet İttifaqında çıxış edən ilk amerikalı musiqiçi olub.
 





05.10.2015    çap et  çap et