525.Az

Şəhər dəlisi - Sosium


 

Şəhər dəlisi - <b style="color:red">Sosium</b>

Yaxın bir tanışımız var. 55 ildir kənddə yaşayır. Kənd onun ata-baba yurdudur, yoxsa çoxdan evini satıb şəhərə köçərdi.

Demirəm şəhər onun üçün əlçatmazdı. İşi olandan-olana gəldiyi Bakıda qohum-əqrəbası çoxdur. Amma heç kimə zəhmət vermək, yerini dar eləmək istəmədiyindən hər dəfə Bakıya gələndə qıvrıla-qıvrıla qalırdı. Tək ümid yeri qızlarıydı. Deyirdi, şəhərdən qismətləri çıxsa, gedəndə də balalarının evində rahatca, minnətsiz qalardı.
 
Çox keçmədi ki, qızlarından birinə şəhərdən qismət çıxdı. Ata çoxdankı arzusunun çin olmasına o qədər sevindi ki, hətta qızına elçi düşən oğlanın kimliyi ilə maraqlanmadı da. “Təki qızım şəhərə getsindeyib qızının gözünün yaşına baxmadan, zorla, dilini-ağzını bağladıb ərə verdi. Toydan sonra cəmi bircə dəfə şəhərə gedib qızının evində qala bildi. Xəbər özünü çox gözlətmədi: məlum oldu ki, kürəkəni dəli çıxıb. Yatdığı yerdə durub qızını boğur. Qızı güclə canını başabəla kürəkəndən qurtarıb şəhərdən kəndə qaçdı. Şəhər arzusu həyat arzusunun üstündən beləcə xətt çəkdi.

Ötənlərdə rayona getmişdik. Müsahibə aldığımız qadınlardan biri qızını o qədər təriflədi ki... Hətta qızının "Whatsapp"ın nə olduğunu bilmədiyini deyib fərəhləndi. Düzü, Whatsapp məsələsini eşidib utandım. Bütün şəhər qızları kimi mən də bu sosial şəbəkədən istifadə etdiyimdən duruxdum. Yəqinkənddə bu şəbəkəyə o qədər də yaxşı baxmırlardüşünüb, səsimi çıxartmadım.

Çox keçmədən məlum oldu ki, utandığından evə girməyən, yanımıza gəlməyən abırlı-həyalı rayon qızı, çölə çıxan əməkdaşımızı görcək nömrəsini alıb. Otelə gələrkən xəbər tutdum ki, onlardan çıxar-çıxmaz da "Whatsapp" yazışmasının təməli qoyulub. Fürsəti fövtə verməyib bir göz qırpımında oğlumuza elçi düşən qız indi uzun müddətdir ki, Bakı eşqi ilə yanıb-yaxılır...

Əməkdaşımız isə
Nuh deyir, peyğəmbər demir...” İndi qız, əlindən tutub şəhərə gəlməyə bir dəli arzulayır...

 





05.10.2015    çap et  çap et