525.Az

Sabir Rüstəmxanlı: "İndi kim seçiləcəksə..."


 

Sabir Rüstəmxanlı: "İndi kim seçiləcəksə..."<b style="color:red"></b>

“Tənzilə Rüstəmxanlı mən seçkilərdə iştirak etmədiyimə görə namizədliyini irəli sürmüşdü. İndi kim seçiləcəksə, canı sağ olsun”.

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

O, “Azəri-Türk” Qadınlar Birliyinin sədri, həyat yoldaşı Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyinin qeydə alınmamasına münasibət bildirərək bundan inciklik duymadığını qeyd edib:

“Mən 25 il deputat olmuşam. Bu müddətdə həm ictimai təşkilatlarda, həm də Dünya Azərbaycanlıları Konqresində deputatlığın verdiyi səlahiyyətlər çərçivəsində çalışmışam. Yeni nəsillər gəlir, onlar da seçiləcəklər. Yəni, problem yoxdur, layiqli adamlar gəlirsə, seçilsinlər. Mən millətin vəkiliyəm və bu, davam edəcək. İnciklik duymuram”.
 
Qeyd edək ki, T. Rüstəmxanlının namizədliyi 42 saylı Sumqayıt II Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınmayıb. Belə ki, onun namizədliyinin qeydə alınması üçün 550 imza təqdim olunub, lakin 183 seçici 42 saylı Sumqayıt II DSK-ya ərizə ilə müraciət edərək aldadıldığını və T. Rüstəmxanlıya imza vermədiyini bildirib.

 





05.10.2015    çap et  çap et