525.Az

Bəşəriyyətin sülh idealı və dəyişən dünyada sülhün reallığı


 

Bəşəriyyətin sülh idealı və dəyişən dünyada sülhün reallığı

Bəşəriyyət yaranandan bəri sülh axtarışındadır.  Əbədi sülh ideyasının dünya qədər yaşı var. Bütün dövrlərin mütəfəkkirləri sülh idealını təqdir edib, ona yaxınlaşmağın yollarını arayıblar. Hələ XV əsrdə Erazm PotterdamlıSülh şikayəti”, XVIII əsrdə İmmanuil KantƏbədi sülhə doğruəsərini yazıb. 

Sülh arzusu, məramı dünyanın demək olar bütün böyük dinlərinin ilk kəlamı, salamıdır. İslamdaƏssəlamu-əl-leyküm”, iudaizmdəŞolom aleyhem”- “Qoy evinizdə sülh olsundeməkdir.

Dünyanın müasir tarixində  Sülh uğrunda hərəkatlartəsis olunub, “Sülhün təmin edilməsinəgörə mükafatlar verilir, abidələr ucaldılır.Uşaqlar sülh göyərçininin rəsmini çəkirlər. Sülh bəşəriyyətin məqsədi, missiyası, həm halal haqqıdır.

 Lakin bu da acı reallıqdır ki, tədqiqatçı R.Ceksonun hesablamasına  görə “1945-ci ildən üzü bəri sonra planetdə cəmi 26 dinc gün mövcud olmuşdur.”  Bununla belə ümidlər az deyil.

21 sentyabr bütün dünya ökələrindəSülh günükimi qeyd olunur. Beynəlxalq Sülh Günü 1982-ci ildən keçirilir bu gün dünya ölkələrində bir dəqiqəlik sükutla, BMT-nin Nyu-Yorkdakı qərargahında sülh zəngi çalınmaqla qeyd olunur. Sülh gününü təsis edən BMT Baş Assambleyası onu dövlətlərarası ölkələr daxilində əbədi sülhün təmin edilməsi yolları haqda birgə düşüncələrə təkan vermək məqsədi ilə təsis etmişdir.

Ancaq hətta sülh günündə belə ümumi məqsədlər naminə   dövlətlər bir-birilə dil tapa bilmir, həmin gün dıə dünyada zorakılıq  sədaları səngimir.

Sülh statistikasına nəzər salmaq bir çox məqamlara aydınlıq gətirir. İndiyə qədər bəşəriyyətdə 14000 müharibə olmuş bu müharibələrdə 3.5 milyard insan öldurulmuşdur. Əlil olanların, yaralananların, mülkiyyətə vurulan ziyanın həddi-hüdudu yoxdur. Dünya o qədər təhlükəli olub ki, ölkələrdə istifadə olunan şəxsi mühafizə xidmətlərinin sayı, həmin ölkələrin rəsmi polisi jandarmalarının sayını keçmişdir. Şəxsi təhlükəsizlik vasitələrinə xərclənən vəsaitin sayı-hesabı yoxdur. Məsələn I II dünya müharibələri arasında yalnız 20 il sülhfasiləsiolmuşdursa da, son dünya müharibəsindən artıq 70 ilə yaxın sülhlə müşayiət olunan bir müddət keçir. Amma bu günün gerçəkliyi həm odur ki, dünyada tam sülh şəraitinin bərqərar edilməsi müharibələrsiz bir dünya düzəninin formalaşması obyektiv olaraq mümkün deyil. Bunun üçün dünya çox böyük rəngarəng”-dir. Belə ki, regional lokal müharibələrin baş verməsi gələcəkdə istisna deyildir.

Tədqiqatlara görə bütün dünyadakı aclıq problemini aradan qaldırmaq üçün ildə 30 milyard dollar pula ehtiyac var, bu rəqəm dünyada bir həftədə müharibə  üçün xərclənən məbləğə bərabərdir.

2007-ci ildən etibarən dünyadaən  sülhsevər  xalqları müəyyən etmək üçün qlobal reytinqləri keçirilir. Reytinqlərdə konkret dövlətlərdə cəmiyyətin birgəyaşayış ənənələri, iqtisadi inkişafın səviyyəsi, ölkə ərazisində münaqişənin olub-olmaması s.  göstəricilər  əsas hesab edilir. Azərbaycan  haqsız münaqişəyə cəlb edilən, ərazisində müharibə gedən  dövlət kimi burada təbii olaraq ilk yerlərdə deyil. Lakin hesab edirik ki, xalqımız dünyanın ən sülhsevər xalqı kimi  20 ildən çoxdur ki, münaqişənin sülh yolu ilə həllini seçim edib.

2011-ci ilin statistikasına görə bu reytinqdə sülh vəziyyətinin ən çox təmin edildiyi ölkə kimi İslandiya 1-ci yerdə durur, ən az sülh şəraiti olan ölkə isə Somalidir. Bu iki ölkəni mədəni, iqtisadi siyasi cəhətdən müqayisə etsək aradakı dağlar boyda fərqi görə bilərik. Deməli müharibələr insanları öldürməkdən əlavə onların inkişafını da ləngidir.

Eleanora Ruzvelt yazırdı ki,“Sülh haqda danışmaq kifayət deyil, kimsə sülhə inanmalıdır. İnanmaq da kifayət deyil, kimsə sülh üçün nəsə etməlidir.“

Bu gün Avropa məkanında 2-ci dünya müharibəsindən sonra  sülhün bərqərar olduğu ən böyük mərhələnin yaşanması, reallıq olması böyük ümidlərdən xəbər verir. Dünyada  ən uzun müddətli (1814- ildən bəri) fasiləsiz sülh şəraitində yaşayan ölkə İsveçrədir. Bu onu göstərir ki, sülh inkişaf arasında sıx əlaqə mövcuddur.

ABŞ prezidenti  Barak Obamanı özünün  Nobel sülh mükafatı mərasimindəki  nitqiniƏdalətli sülh ədalətli müharibəmövzusuna həsr etmişdir. O qeyd edirdi ki, “Biz  acı həqiqəti etiraf etməliyik: qədər ki, yaşayırıq münaqişələri həyatımızdan yox edə bilməyəcəyik. Elə məqamlar olacaq ki, dövlətlər təklikdə yaxud birlikdə qüvvə tətbiqinin nəinki zəruri olduğunu, hətta mənəvi-əxlaqi baxımdan doğru olduğu qənaətinə gələcəklər.” Ədalətli müharibə isə yalnız öz ərazisində düşmənə müqavimət göstərildiyi müdafiə edildiyi müharibədir. Baxmayaraq ki, İrak ABŞ-a hücum etməmişdi bununla belə həmin müharibəni amerikalılar ədalətli hesab edirlər. Hazırkı geosiyasi vəziyyətdə Ermənistanın işğalçı müharibəsi ədalətli sayıla bilərmi? Bu ermənilərin bütün iddialarına cavabdır. Onlar ədalətsiz işğalçıdırlar. 

Barak Obamanın çıxışımüharibə müdafiə deməkdirqənaəti üzərində qurulmuşdu. Ədalətli müharibə”, sitat: “öz dövlətimi qorumaq müdafiə etmək”( “to protect and defend my nation”) deməkdir.  Deməli, ədalətli müharibə sənin öz  torpaqlarında müdafiə olunduğun , təcavüzə qarşı durduğun müharibədir. Deməli sənin torpaqlarına təcavüz edən işğalçıdır bu ədalətsiz müharibədir. Biz etsək haqlıyıq. Azərbaycan işğala qarşı torpaqlarını azad etmək hüququna malikdir, lakin 20 ildir ki, sivil beynəlxalq hüquq qaydalarına əməl edərək sülh yolunu üstün tutub.  Ədalətli müharibə sülhdən yaxşıdır.” Sülh  təkcə aşkar görünən  münaqişənin olmaması demək deyil, ədalətli sülh-ədalətli müharibə nəticəsində qazanılır. Azərbaycan bu gün atəşkəs rejimindədir, lakin ədalətli sülh yoxdur, çünki beynəlxalq hüququn ədalətli qərarı ilə həll olunmayıb.

 Sülh ümumbəşəri dəyər, fundamental hüquqdur. Sülh olmayanda başqa dəyərlər qiymətdən düşür. Müharibələr dünyasında sülh adlı nəfəsdərimi fasilələri var. Bu gün ən böyük fasilə-70 il yaşanılır. Sülh missiyadır. Sülh qlobal təhlükəsizlik demək olar ki, qoşa anlayışlar fenomenlərdir.

Sülh əməkdaşlıq Azərbaycanda dövlət siyasətidir. Azərbaycan antiterror koalisiyasında öz yerini tutur    dünyada sülhə öz töhfəsini verir. Yaxşı məlumdur ki,  ulu öndər Azərbaycanın əmin-amanlığı çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti xidmətləri ilə tarixdə qalmışdır.

Ümummilli lider, dünya siyasətinin Azərbaycanın tanınmış lideri Heydər Əliyev  məhz böhranlar dövründə öz ölkəsinə sülh sabitlik gətirməklə bu günkü tərəqqimizin təməlini qoymuşdur. Heydər Əliyevin dövlətimizə  rəhbərlik etdiyi dövrdə Amerika Birləşmiş Ştatları Azərbaycan, Əfqanıstan İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ müharibəsində atəşkəsin bəyan edilməsi,  sülh danışıqları vasitəsilə ədalətli uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.” Bu sözlər   Amerika Birləşmiş Ştatlarının sabiq  prezidentinə (Corc Buşa) məxsusdur.

Dünyada sülh sülhsevər lider amili

Bütün müharibələri liderlər başlayır  onlar sona çatdırır. Bu o deməkdir ki, dünyada sülh sülhsevər liderlərə möhtacdır. Bu gün dünya sülhsevər lider qıtlığını yaşayır.

İşğalçı siyasətlə hakimiyyətə gələn, hərbi cinayətlərdə iştirak edən ölkənin lideri heç vaxt sülhün qədrini dərk edə bilməz. Tanınmış italyan tarixçisi V.Mançelli beynəlxalq konfransların birində demişdir: “Xoşbəxtlikdən dünyada davakar siyasətçilərlə yanaşı sülh fəlsəfəsini formalaşdıran siyasətçilər olmuşdur var”. Onlar sülh konsepsiyasını verməklə yanaşı, onun həyata keçməsi üçün çalışmışlar. Ümumilli llider Heydər Əliyevin : “ Bəli sülhün olduğunu biz bilirik.Atəşkəs olmasaydı müstəqillik olmazdı.Lakin biz ədalətli sülh istəyirik.”-fikirləri bu gün beynəlxalq sülhə verilən töhfələri yada salır.

Azərbaycan Respublkasının Prezidenti İlham Əliyev dünyaya inteqrasiya qarşılıqlı faydalı  əməkdaşlıq  siyasəti ilə sülhsevər lider kimi tanınır. Ölkəmiz regionda inkişaf sabitliyin təminatçısı kimi tanınır. Sabitlik isə məlum olduğu kimi sülhün əsas şərtlərindən biridir. Dünyada hər bir ölkənin öz yeri məqsədləri, bəzən haqlı gözləntiləri əksər hallarda isə əsassız iddiaları mövcud olur. Bu  da çoxlarının etiraf edə bilmədiyi bir reallıqdır. Bu reallıqda Azərbaycanın  komplekslərdən azad olmaq kimi üstün xüsusiyyətə malikdir. Belə ki, bəzi dövlətlər qədim tarixi sərhədlərini bərpa etməyə, bəziləri fövqəldövlət  statsusunu qaytarmağa, digərləri yeni dünyanın hegemon gücü olmağa iddia edir. Kimisə özünütəcrid, kimisə qarşıdurma, beynəlxalq birgəyaşayış prinsiplərinə zidd, kimi ərazi bütövlüyünü pozan işğalçı dövlət imicini qazanmışdır. Azərbaycan bütün bunlardan azaddır bu da onun daxili xarici siyasət resursu, rəqabət üstünlüyü kimi mövqe tutmağa əsas verir.Sülhün təmin edilməsi mexanizmlərindən biri işğalçı ölkənin beynəlxaq birliyin iradəsinə tabe edilməsi, ortaq səyləri ilə ədalətli sülhə məcburedilməsi   ola bilər. Müharibə yalnız indiki deyil, gələcək nəsillərə böyük ziyan  vurur. Əgər sülh  ənənəyə çevrilməyibsə deməli  bəşəriyyətin dinc gələcəyi haqda düşünməyə dəyməz. Əgər hətta XXI əsrdə bir dövlət başqa dövləti ərazisini işğal altında saxlayırsa deməli sülh haqqında danışılanlar hələlik yalnız söz olaraq qalmaqdadır.

İstənilən lüğətə baxsaq sülh-“müharibənin olmaması, olmadığıvəziyyət kimi tərif edilir. Sülh vaxtı-hər hansı bir dövlətin ərazisində müharibənin olmaması mənasını verir. Azərbaycanın üzləşdiyi yaşadığı reallığa tətbiq edilərsə deməli xalqımız sülh zamanında yaşamır.

Həll olunmamış münaqişələr insanların ürəyində qalan sülh arzuları, milyonlarla vətəndaşın etnik təmizləməyə məruz qalması, öz tarixi torpaqlarından qaçqın düşməsi deməkdir. 

1988-ci ildən üzü bəri dünyanın dəyişən mənzərəsində Azərbaycan  Qafqaz regionunda daha çox qanlı müharibəyə məruz qalan ölkə oldu. Azərbaycan təcavüzkar Ermənistan dövlətinin işğalçı siyasətinə məruz qalaraq müharibə şəraitində yaşayır.Yenicə qazandığı müstəqilliyin şirinliyini dadmağa çalışan vətənimiz Ermənistan tərəfindən silahlı təcavüz nəticəsində torpaqlarının 20%-ni itirdi.  Hərb müdaxilə işğala məruz qalan, artıq 20 ildən çox müddətdə  hərbi çəkişmələr poliqonuna çevrilən Azərbaycan cəmiyyətinin gündəmində sülhdən çox hər gün  müharibə xronikası, mövzusu daha aktual yer tutur. Bu yerdə: “Sülh istəyirsənsə, müharibəyə hazır ol!” şüarı öz təsdiqini tapır. Azərbaycan xalqı sülhsevər xalqdır. Xalqımız heç vaxt başqa dövlətlərə qarşı  ərazi iddiaları ilə çıxış etməyib, heç kəsin torpağına göz dikməyib. Lakin tarixi torpaqlarımız işğalçı müharibəyə məruz qalıb. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməyə qadir qüdrətli ordusu var. Reallıqda dərk edilməsə Azərbaycan münaqişənin həllinin sülh yolunu tutmaqla əslində  sülhə sadi olduğunu çoxdan sübut edib. Ermənistana sülh dərsi verib.

Qarabağ münaqişəsində iki ölkə arasında sülh, müharibə  şəraiti davam edir. Biz 20 ildən çoxdur ki, münaqişənin dinc yolla həllinə üstünlük vermişik. Azərbaycan xalqının   sülhsevər olduğunu, bu ali dəyərə sadiqliyini göstərmək üçün bu illər kifayət hesab oluna bilər. Lakin bu sonsuza qədər davam edə bilməz, belə sülh ola bilməz. Habelə konkret olaraq Ermənistanın münaqişə ilə bağlı hazırki durumda əsas günahkar olması müəyyən dairələrdə hələ qəbul edilmir. Azərbaycan torpaqlarının işğal olunması, yüz minlərlə insanın qaçqın düşməsi, Azərbaycan xalqına qarşı törədilən müharibə cinayətləri heç bir formada qəbul edilməzdir. Azərbaycan öz ərazilərinin itirilməsi ilə əsla barışmamaq kimi prinsipial mövqeyində haqlıdır.

Azərbaycan iqtisadi, siyasi inkişaf səviyyəsinə görə  regionun lider ölkəsi kimi daha da güclənməkdədir bu siyasət dəyişən dünyada Ermənistanın ardıcıl olaraq geriləməsi tənəzzülü prosesinə paralel olaraq  həm işğalçı ölkəni, həm münaqişədə maraqlı olan qlobal gücləri yeni fakt qarşısında qoyur qoyacaqdır. Ümumdünya sülh gününün tarixi gün kimi Azərbaycan üçün böyük əhəmiyyəti var. Çünki biz həqiqətən sülhün tərəfdarıyıq hər zaman da Türkiyə cümhuriyyətinin qurucusu K.Atatürkün:“Yurdda sülh, cahanda sülhideyasının reallaşacağına böyük ümidlər bəsləyirik. Ancaq Ermənistanın işğal siyasəti, müharibənin  ömrünün uzadılmasıuzun illərdir ki, Qafqazda rəngli sülh göyərçinlərinin qanad açıb uçmasını əngəlləyir. Ermənistanın işğal olunmuş ərazilərdən çıxmaması hələlik ölkəmizi , regionu da sülh kimi nemətdən məhrum edir.

 

XXI əsrdə dünyada sülhün reallığı:

Beynəlxalq birliyin ədalətli sülhə

məcburetmə iradəsi

   Bu gün dünyada  nəinki sülhün, əksinə yeni dünya müharibəsinin yaranma ssenariləri irəli sürülür bu da acı  reallıqdır. Müharibəyə səbəb ola biləcək amillər sırasında isə aşağıdakılar qeyd edilir:

qlobal istehlak cəmiyyəti resursların tükənməsi arasındakı ziddiyyət;

qabaqcıl ölkələrlə inkişafda ləngiyən ölkələr arasındakı ziddiyyətlər;

yoxsul varlı ölkələr arasındakı ziddiyyətlər;

 milli elitalar, transmilli elitalar   xalqlar arasındakı ziddiyyətlər;

qlobal maliyyə böhranının ziddiyyətləri;

maddiyyat mənəviyyat arasındakı ziddiyyətlər;

XXI əsrdə geosiyasi  mübarizənin  başlıca hədəfləri-mədəniyyətlər, sivilizasiyalar dinlərdir. Onlardan hər hansı birinin hökmranlığı deyil,  ortaq dialoqu əməkdaşlığı sülhün qarantı kimi çıxış edir.

Sivilizasiyalararası dialoq sülhün təmin edilməsi mexanizmləri kimi

Azərbaycan  son illər dünyada sivilizasiyalararası dialoq məkanı, tolerantlıq ünvanı kimi tanınır.

Bu çoxmillətli, çox konfessiyalı ölkəmizin daxili birgəyaşayış modelinin verdiyi  töhfədir. Azərbaycanda heç vaxt etnik dini zəmində qarşıdurma olmamışdır. Bu dövlətimizin tarixi taleyi geosiyasi mövqeyindən irəli gələn bir üstünlükdür.

Bu tip münaqişələr Azərbaycan üçün keçmişdə qalan bir hadisədir. Biz çox arzulayardıq ki, dünya ölkələrində   bu arzuolunmaz  ənənə keçmişdə qalsın. Dünya çoxçalarlıdır.Yer planetində üç əsas irqi təmsil edən 3 minə yaxın dildə danışan, yüzlərlə müstəqil dövlət mövcuddur. Sülh qlobal təhlükəsizlik demək olar ki, qoşa anlayışlar fenomenlərdir. Sülh yoxdursa təhlükəsiz həyat da yoxdur. Təhlükəsizlik-təhlükənin olmadığı vəziyyətdir. Beynəlxalq humanitar hüquq sahəsində tanınmış fransız alimi Jak Kuşak qeyd edir ki, sülh təhlükəsizlik, sabitlik insanın həyatı, işləməsi inkişafı naminə fikirlərini cəmləməyə imkan verən ən böyük nemətdir.Buna görə hər bir yaranışından insan intuitiv olaraq təhlükəsizliyə can atır”.Müasir dövlət ənənəvi olaraq öz sərhədlərinə qapanan aqressiv rəqabət aparan əvvəlki sələflərindən fərqli mühitdə mövcuddur. Qloballaşma ümumi, kollektiv təhlükəsizlik kollektiv məsuliyyət anlayışını gündəmə gətirmişdir. İstənilən ölkənin qeyri-səmərəli fəaliyyəti beynəlxalq münaqişələrə səbəb olur. Böhran münaqişələrin beynəlxalq həlli mexanizmləri  isə hələlik demək olar ki, formalaşmamışdır. Buna görədir ki, müasir dövlət qlobal təhlükəsizliyin əsas faktoru kimi inkişafın düzgün yönəldilməsi modellərini özü müəyyən etməli olur. Müasir müharibə əvvəlkilərindən bütün parametrlərinə görə fərqlənir. Bu günün müharibəsi daha güclü məhvetmə vasitələrinə, deməli daha çox ziyana malikdir.İnformasiya müharibələri informasiya məkanında sülh prinsiplərinə əməl edilməsindən bilavasitə asılı olur.Bu da sülhün təmin edilməsi üçün bütün vasitələrin səfərbər edilməsini tələb edir.Dünyanın bütün resursları: humanizm, hüquqi, siyasi, mənəvi, iqtisadi, mədəni potensialı sülhün təmin edilməsi üçün səfərbər edilməlidir.

 

Sülh yumşaq gücdür.Sülh- mədəniyyət

deməkdir

İnsanlar arasında sülh dəyərlərini yaşatmaq üçün  sülh mədəniyyətini təbliğ etmək lazım gəlir. Bildiyimiz kimi sülh mədəniyyəti  başqa mədəniyyət formaları ilə müqayisədə nisbətən yeni sahədir. Sülh mədəniyyəti  zəngin məzmuna malikdir. Burayasülhanlayışına aid edilən fəlsəfi, mədəni, hüquqi, əxlaqi  normaların geniş  spektri  daxildir.Sülh mədəniyyətinin bir fenomen kimi çox dərin tarixi kökləri var.  Sülh çox çətin məşəqqətlər bahasına  əldə edilən həm çox  asanlıqla itirilə bilən bir nemətdir.  Sülh mədəniyyətinin yaranması münaqişələrin aradan qaldırılması uzun zaman, böyük səylər tələb edir.Burada beynəlxalq hüququn prinsipləri öz sözünü qətiyyətlə deməlidir.  Müharibə zülmə qarşı qoyulanəbədi daimi sülhanlayışı dünya fəlsəfəsinə ictimai fikrə tədricən daxil olmuşdur.   Sülh mədəniyyətini tərbiyə etməyin, onu ənənəyə çevirməyin ən sınanmış yolu- münaqişələrin ədalətli həllidir. Əgər dünya ədalətsizliyi görürsə sülh mədəniyyətini reallaşdırmaq heç vaxt mümkün olmayacaq.

Sülh universal dəyər kimi

 

Yeni dəyərlərin: humanizm, ünsiyyət dialoq sisteminin  formalaşması  qloballaşma  dövründə  sülh  dövründə  sülh mədəniyyətinin bərqərar olması üçün  prioritet amilidir. Humanizm, latıncahumanus” (insana xas olan) sözündən olub, insanın ali dəyər olduğunu irəli sürən  dünyagörüşüdür.

Humanizm müasir dövrün ümumbəşəri, ənənəvi paradiqması kimi dəyərlər sistemində öz statausuna malikdir. Humanizm, eyni zamanda,onun tam əksini təşkil edən antihumanizm fenomeninin kökləri sivilizasiyanın yarandığı dövrlərə qədər gedib çıxır. Demək olar ki, insanın xeyir şər arasında seçim etdiyi dövrlərdən başlayır. Paradoksal səslənsə , humanizm onun tam əksini təşkil edən  antihumanizm  müasir dövrün Qərb mədəniyyətində mövcud olan insan problemini ifadə edən polyar, dual fenomenlərdir. Onların münaqişəli  mahiyyətinin dərk edilməsi  Qərb fəlsəfəsinin mədəniyyətinin səciyyəvi xüsusiyyətinə çevrilmişdir. Tarixən humanizm antihumanizm çoxşaxəli təzahürlərə malik olmuşdur. Tədqiqatçılardan birinin qeyd etdiyi kimi, “ən müasir mənəviyyat, XXI əsrin insanlığa dair təsəvvürlərində humanizm antihumanizm  arasındakı münaqişənin nəticəsindən asılı olacaqdır”. Bəşər tarixinin bütün dövrlərində onu müşayiət edən böhran mərhələlərində insanı bütün canlılardan fərqləndirən, onu zirvəyə ucaldan  dəyərlər sistemi gündəmdə olmuşdur. Hətta demək olar ki, dəyərlər sisteminin  təşəkkülü məhz böhran zamanlarına daha çox təsadüf etmişdir. Bu gün dünya növbəti böhran mərhələsini yaşayır. Sülhün dəyərlər sisteminin mərkəzinə gətirilməsi, qlobal sivilizasiyanın gələcəyini təmin edən yeni humanizmin formalaşması  bütün kəskinliyi ilə qarşıda durur. Bu baxlmdan qloballaşma proseslərinə  paralel olaraq humanizmin inkişafın başlıca meyli kimi qəbul edilməsi  XXI yüzilliyin əsas məsələsidir. Qeyd edilənlər, uzun tarixi dövrə malik humanizmin  yeni prinsiplərinin formalaşmasını, bütövlükdə yeni dəyərlər sisteminin  qlobal cəmiyyətin prioritetləri sırasında yer almasını zəruri edir.      Hər bir sivilizasiyanın da, ölkənin , konkret insanın da əksəriyyət tərəfindən qəbul edilən dəyərlər sisteminin daşıyıcısı kimi təsəvvür etmək olar. Bu ya digər tarixi  dövrdən bəhs edəndə  ilk növbədə həmin dövrün  insanlarının hansı mənəvi dəyərləri üstün tutduğunu gözümüz önünə gətirməklə zamanın  əxlaqi mənzərəsini təsəvvür edə bilirik. Digər tərəfdən, diqqətlə izlədikdə,  müxtəlif tarixi mərhələlərin başlamasını dəyərlər sisteminin, dəyər priyentasiyalarının  dəyişməsi ilə bilavasitə əlaqəli olduğunu da görə bilərik.          İnsan da , cəmiyyət , müqəddəs hesab etdiyi dəyərləri özü məyyən edir. Bəzən bu dəyərlər həm insanlarda, həm dövlətlərdə üst-üstə düşür bəşəriyyət inkişafının ən yaxşı tarixini yaşayır. Universal, mütləq dəyərlər bütün bəşəriyyət üçün əbədi statusa malikdir.Universal, mütləq dəyərlər bütün bəşəriyyət üçün əbədi status qazanıb. Lakin hər  yeni nəslin gəlməsi ilə  bu dəyərlər yenidən dərk edilməli olur, onların məzmunu fərqli başa düşülür.

İnsan həyatının ən müqəddəs dəyər olması şübhəsizdir. Çünki insan yoxdursa dəyərlər sistemini yaradan onu qiymətləndirə bilən subyekt yoxa çıxır.

Tarixən humanizmin dini dünyəvi kimi iki forması müəyyən edilmişdir.  Humanizm anlayışının hələlik ümumən başa düşülən məzmundan çox abstrakt məzmuna malik olmasını 1982-ci ildə  Nyu-Yorkda nəşr olunmuşMüasir ideyaların panoramıadlı kitabda görmək mümkündür. 2001-ci ildə 11 sentyabrda  Dünya Ticarət Mərkəzinin  qoşa qüllələrinin partladılmasını kitabda tədqiqatçılarpartlayan sükutadlandırırlar. Bu ifadə olduqca düşündürücüdür. Bu o deməkdir ki, humanizmin sükutuyolverilməzdir. Çünki susan humanizmin  sonunda mütləq  partlayış sədasıgözləniləndir. Bəşəriyyəti bu məqam, humanizmin  reallığı susduğu məqamlar düşündürməlidir. Qloballaşma dövründə vahid tam olan dünyanın sülh modelində adekvat çeviklik dəyişikliklər baş verməlidir.

Bir məsələ tam aydındır: Bəşər tarixində böyük mütəfəkkirlərin bəyan etdikləri, arzuladıqlarıəbədi sülhartıq reallığa çevrilməlidir. Əks təqdirdə müharibə texnologiyasının milyonlarla artan dağıdıcı  gücünün toplanması nəticəsində  bəşəriyyətin məhvi qaçılmazdır.

Bəzən  ritorik olmayan sualların cavablarını bilmək maraqlı olur: əgər bölgədə yalnız əhalisinin sayına görə deyil, sabitlik inkişafın lideri olan Azərbaycan olmasa idi vəziyyət necə olardı? Azərbaycanın dünyada siyasət, iqtisadiyyat, mədəniyyət, enerji təhlükəsizliyi, sülh əməkdaşlıq sahəsində verdiyi töhfələr,  etibarlı tərəfdaş dəstəyi olmasa idi, dünya bundan qədər itirərdi? Üstəlik işğal olunmuş torpaqlar,  iyirmi ilə yaxın yaşanılan müharibə vəziyyəti olmasaydı Azərbaycan  xalqının  rifahı inkişaf templəri,dünyada bölgədə sülh əməkdaşlığa töhfəsi qədər çox ola bilərdi? Çünki qədər olsa da edilənlərlə müqayisədə   Azərbaycanın imkan potensialı  dəfələrlə üstündür. Bu potensialın reallaşması isə tək Azərbaycan üçün deyil, bütün region dünya üçün çox faydalıdır.

XXI əsrin yeni beynəlxalq siyasi sisteminin formalaşması, dünya birliyinin üzvü olan hər bir dövlətin təşəbbüslərindən, öz cəmiyyətində yaratdığı inkişaf sülh modelindən çox asılıdır. Qlobal inkişaf, lokal milli dövlətlərin uğurunu təmin edən, xüsusilə model böhranını yaşandığı indiki dövrdə yüksəlişi təmin edə bilən dövlətlərin təcrübəsini nəzərə aldıqda daha dayanıqlı, daha etibarlı ola bilər. Bu baxımdan Azərbaycan cəmiyyətində mövcud olan inkişaf birgəyaşayış modeli, işğal müharibə yolunu tutan dövlətlərlə müqayisədə dərindən təhlil edilməli, konkret bəhrələrini verməli, hər bir dövlət öz aşkar adı  ilə çağırılmalıdır.

Rəbiyyət ASLANOVA 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor

 

 





18.09.2012    çap et  çap et