525.Az

Diyarbəkirdə hərbi avtomobil partladılıb: 23 yaralı


 

Diyarbəkirdə hərbi avtomobil partladılıb: 23 yaralı<b style="color:red"></b> Türkiyənin Diyarbəkir vilayətində hərbi avtomobilin partladılması nəticəsində 23 əsgər yaralanıb.
 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident Kocaköy - Lice yolunda qeydə alınıb.
 
Yaralı əsgərlərin 17-si Diyarbəkır Hərbi Xəstəxanasına, 6-sı isə  Dəclə Universitetinin Tibb Fakültəsi Xəstəxanasına çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
 
Hadisənin ardından bölgədə bəzi giriş-çıxış yolları bağlanıb, qaçan terroristlərin tutulması üçün genişmiqyaslı əməliyyat başlayıb.
 





06.10.2015    çap et  çap et