525.Az

Bəzi marşrut avtobuslarının istiqamətlərində dəyişiklik edilib


 

Bəzi marşrut avtobuslarının istiqamətlərində dəyişiklik edilib<b style="color:red"></b>

“Baku Bus” MMC-nin 6 və 8 saylı marşrut avtobuslarının fəaliyyətə başlaması ilə əlaqədar olaraq, bəzi marşrut avtobuslarının istiqamətlərində dəyişiklik edilib.

Bu barədə Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

“Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının təşkili” MMC-dən verilən məlumata görə, 88 saylı marşrut avtobusu əvvəl Azadlıq prospektindən 20-ci sahə istiqamətində hərəkət edirdisə, sabahdan etibarən Azadlıq prospektindən "28 May" metrostansiyasına kimi fəaliyyət göstərəcək. Həmçinin 37 saylı marşrut avtobusu əvvəllər Avtovağzal - "İçərişəhər" m/s - 20-ci sahə istiqamətində fəaliyyət göstərirdisə, indi Avtovağzaldan "İçərişəhər" m/s-yə kimi hərəkət edəcək. 13 saylı marşrut avtobusu isə fəaliyyətini dayandırır.

Qeyd edək ki, 13 saylı marşrut avtobusu 7-ci mikrorayon - Həsən Əliyev küç. - Tbilisi pr. - "Elmlər Akademiyası" m/st istiqamətində fəaliyyət göstərirdi. İndi isə bu marşrut xəttini "Baku Bus" MMC-yə məxsus 6 saylı marşrut avtobusu əvəz edib. Qeyd olunan dəyişikliklər 6 oktyabr 2015-ci il tarixindən qüvvədə olacaq.

 





06.10.2015    çap et  çap et