525.Az

Mətbuat seçki təşviqatını necə aparmalıdır?


 

Mətbuat seçki təşviqatını necə aparmalıdır?<b style="color:red"></b>

2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Seçkiqabağı təşviqat kampaniyası oktyabrın 9-da başlanır. Bəs, Azərbaycan mətbuatı təşviqat kampaniyasına necə hazırlaşır? 

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev Modern.az-a bu barədə açıqlama verib: 

“İlk olaraq onu deyək ki, təşviqat kampaniyasına hazırlıq prosesi formal xarakter daşımamalıdır. Hər bir mətbuat orqanı bu kampaniyaya çox ciddi hazırlaşmalıdır. Azərbaycan Mətbuat Şurası  hər il olduğu kimi bu il də bu prosesə xüsusi diqqət göstərir və bütün mətbuat orqanlarının bu kampaniyada iştirak etməsi üçün öz dəstəyini göstərməyə çalışır. 

Parlament seçkiləri hər bir ölkənin və xalqın tərcümeyi-halında xüsusi əhəmiyyət daşıyan bir haldır. Bu prosesin obyektiv işıqlandırılmasında isə jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. 

Medianın seçki dövründə hüquq və öhdəliklərinin hansı formada olması İnsan hüquqları bəyannaməsinin 19 və 21-ci maddələrində qeyd olunub. 

Bu maddələr medianın hüquq və vəzifələrini ehtiva edən maddələrdir. Azərbaycan Mətbuat Şurası medianın seçki prosesində fəal olması üçün mümkün şəraiti yaradaraq onların seçki prosesini düzgün işıqlandırması üçün bacardığı dəstəyi verir. Azərbaycan Mətbuat Şurası bu istiqamətdə kifayət qədər təlim, konfrans və müxtəlif müzakirələr həyata keçirib. 

Düşünürəm ki, bizim jurnalistlərimiz və mətbuat orqanlarımız seçki prosesini işıqlandırmaqda hazırlıqlıdırlar. Prosesi obyektiv işıqlandırmaq jurnalistlərin peşə borcu olduğu qədər, eyni zamanda da müəyyən öhdəlikləri də var. Jurnalistlər seçki prosesini öz imkanları daxilində daha dolğun və operativ şəkildə işıqlandırmağa çalışmalıdırlar”.

 





06.10.2015    çap et  çap et