525.Az

Polisin vəzifələrinin miqyası genişləndirilib


 

Polisin vəzifələrinin miqyası genişləndirilib<b style="color:red"></b>

Milli Məclisin plenar iclasında “Polis haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, “Polis haqqında” qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni əlavə edilən bəndə əsasən kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

 





06.10.2015    çap et  çap et