525.Az

"Qadınlar Azərbaycanın inkişaf prosesində yaxından iştirak edirlər"


 

"Qadınlar Azərbaycanın inkişaf prosesində yaxından iştirak edirlər"<b style="color:red"></b>

"Yeni Azərbaycan Partiyası (YAP) uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb".

Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) deputatı, YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü  Sevinc Hüseynova dilə gətirib. 

Onun sözlərinə görə, partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. O deyib ki,  YAP-ın müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub.

S.Hüseynovanın fikrincə, cəmiyyət üzvləri YAP tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirib, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdiriblər:  "Partiya sıralarında qadınlar da kifayət qədər fəaldırlar. Qadınlarımız Azərbaycanın inkişaf prosesində yaxından iştirak edirlər. YAP Qadınlar Şurası hər il vacib layihələr həyata keçirir. Yəni bu, seçkilərlə bağlı olan məsələ deyil. Amma seçki kampaniyaları dövründə də müəyyən tədbirlər keçiririk. Onu da qeyd etmək istəyirəm ki, YAP üzvü olan qadınların timsalında mövcud intellektual potensal qarşıdan gələn parlament seçkilərində də güclü bir amil kimi çıxış edəcək. Partiyamızın Qadınlar Şurası seçki proseslərində də  fəal iştirak edir. Bu məsələ bizim cari il üçün nəzərdə tutduğumuz işlər planında xüsusi yer tutur. Bilirsiniz ki, partiyamızın namizədlər siyahısında qadınların da sayı kifayət qədərdir. Təbii ki, namizədlərimizin təbliğatı prosesində də qadınların potensialından səmərəli istifadə ediləcək. Ona görə də, çalışacağıq ki, seçkilərin təbliğatı dövründə qadınlarımız daha mütəşəkkil surətdə təmsil olunsunlar".

KAMİL

 





06.10.2015    çap et  çap et