525.Az

"Sahibkarlığın inkişafına böyük diqqət var"


 

"Sahibkarlığın inkişafına böyük diqqət var"<b style="color:red"></b>

"Azərbaycan dövləti ölkədə sahibkarlığın və özəl sektorun inkişafına daim dəstək verməkdədir".

Bu fikri mətbuata açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, hazırda ölkə iqtisadiyyatının bütün sahələri üzrə müvafiq dövlət proqramları həyata keçirilir. 

Onun sözlərinə görə, özəl sektorun dəstəklənməsinə xidmət edən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara indiyədək 2 milyard manatadək yardım göstərilib.

O qeyd edib ki, bu isə yeni sənaye və istehsal müəssisələrinin yaranmasına, 130 mindən çox yeni iş yerinin yaradılmasına səbəb olub. "Azərbaycan Prezidenti İlham Əliyev də özəl sektorun və sahibkarlığın inkişafına birbaşa dəstək verir, bu istiqamətdə siyasi iradə nümayiş etdirir.

Dövlət başçısının göstəriş və tapşırıqlarına uyğun olaraq, bu sahənin inkişafına mane olan amillərin aradan qaldırılması məsələsinə ciddi önəm verilir. Ölkə Prezidentinin müxtəlif vaxtlarda bu mövzuda çıxışlar etməsi, müvafiq fərman və sərəncamlar imzalaması da sahibkarlığın inkişafına əngəl törədən amillərin, xüsusən də qanunsuz müdaxilələrin aradan qaldırılmasına səbəb olub.
 
Bununla bağlı parlamentdə də müvafiq qanun layihəsi qəbul edilib. İndinin özündə də sahibkarlığın inkişafı üçün dövlət tərəfindən humanist addımlar atılmaqdadır. Torpaq vergisindən başqa, kənd təsərrüfatı işçiləri bütün digər vergilərdən azaddırlar. Bütün bunlar göstərir ki, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət var".

KAMİL

 





06.10.2015    çap et  çap et