525.Az

"Naxçıvan" Universitetində konfrans


 

"Naxçıvan" Universitetində konfrans<b style="color:red"></b>

"Naxçıvan" Universitetində Pedaqoji və Xarici dillər fakültələrinin əyani şöbə üzrə IV kurs tələbələrinin 2015-2016-cı tədris ilinin birinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə həsr edilmiş başlanğıc konfransı keçirilib.
 
Universitetin mətbuat xidmətindən "525"ə verilən məlumata görə, konfransı giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açıb: "Təlim məqsədyönlü prosesdir. Şagirdlərin biliklər sistemini mənimsəmələrinə və həmin bilikləri təcrübədə tətbiq etmək üçün məqsədyönlü idrak fəaliyyətidir. Pedaqoji təcrübə tələbələrin həyatlarında önəmlidir".

O, tələbələrin təhkim olunduqları təhsil ocaqlarında universitetin adına layiq şəkildə nizam-intizam qaydalarına riayət etmələrini, pedaqoji təcrübədə əldə etdikləri bilik və bacarıqları yüksək səviyyədə nümayiş etdirmələrini tövsiyə edib. Prorektor onu da vurğulayıb ki, 2015-2016-cı tədris ilində "Naxçıvan" Universitetinin 100 tələbəsi muxtar respublikanın 3 tam orta məktəbində pedaqoji təcrübə keçəcək. Tələbələr Heydər Əliyev adına tam orta məktəbdə, 8 nömrəli və 15 nömrəli tam orta məktəblərində təcrübədə olacaqlar.

Pedaqoq Fuada Allahverdiyeva "Tələbələrin pedaqoji təcrübəyə diqqət və məsuliyyəti", metodist Elbrus Vəliyev "Pedaqoji təcrübənin təşkili, gedişi və qarşıda duran vəzifələr"  mövzusunda çıxışlarında bildirib ki, 4 həftəlik təcrübə müddətində tələbələr nizam-intizam qaydalarına əməl etməli, orta məktəb rəhbərlərinin göstərişlərinə riayət etməli, təcrübəçi tələbələr dərsə hazırlıqlı daxil olmalı,eləcə də, fənn müəllimləri ilə birgə sinfə daxil olmaları təmin edilməlidir. Bundan başqa, pedaqoji  müşahidələrin, tərbiyəvi tədbirlərin aparılmasına da xüsusi əhəmiyyət verilməlidir.

 





06.10.2015    çap et  çap et