525.Az

Mədəniyyət və İncəsənət Universitetində dublyaj dərsləri


 

Mədəniyyət və İncəsənət Universitetində dublyaj dərsləri <b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ilk dəfə olaraq dublyaj dərsləri keçirilir.

Oktyabr ayının 2-i peşəkar dublyaj ustası, bir sıra xarici şirkətlərlə çalışan, Azərbaycanda xarici filmlər, cizgi filmləri, reklam, radio və televiziya kadr arxası mətnləri səsləndirən Tural Əzizov Universitetin III kurs Aktyor sənəti fakültəsinin tələbələri ilə ustad dərsi keçib.

Məqsəd Azərbaycan dublyajında olan boşluqları, problemləri aradan qaldırmaq,  gənc mütəxəssisləri bu yöndə hazırlamaq, televiziya, radio, kadr arxası səslənmə, reklam səsləndirilməsi kimi bacarıqların üzə çıxarılaraq təkmilləşdirilməsidir. Tələbələrin çox böyük marağına səbəb olan bu dərsdə kiçik, daha sadə mətnlər dublyaj olunub.

Universitetdə ilboyu belə məşğələlərin daha böyük auditoriyalarda keçirilməsi nəzərdə tutulub. Ustad dərsi Universitetin Studio pavilyonunda keçib.

 





06.10.2015    çap et  çap et