525.Az

İndoneziyada multikulturalizm mövzusunda beynəlxalq konfrans keçirilib


 

İndoneziyada multikulturalizm mövzusunda beynəlxalq konfrans keçirilib<b style="color:red"></b>

İndoneziya Bali adasının Denpasar şəhərində  Xaricilərə İndoneziya dilini Tədris edən Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib. 

IX beynəlxalq konfrans "Dünya keçid mərhələsində: qloballaşma, multikulturalizm və xaricilərə dilin tədrisinin inkişaf strategiyası" mövzusuna həsr edilib.Konfransda multikulturalizm və qloballaşma şəraitində xaricilərə qeyri-ana dilinin tədrisinin mövcud durumu ilə bağlı İndoneziya, Almaniya, Avstraliya, Azərbaycan, Cin, Taliand və digər ölkələrin nümayəndələri məruzə ilə çıxış edib.

Azərbaycanı bu konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi, Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev təmsil edib.

"Multikultural şəraitdə dilin fənlərin inteqrasiyasında tədrisi" mövzusunda məruzə edən professor Həbib Zərbəliyev çoxlu sayda etnik qrupların və milli azlıqların məskunlaşdığı Azərbaycan və İndoneziyada dövlət dili ilə yanaşı, etnik və milli azlıqların dilləri və mədəniyyətlərinin öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb.

Məruzədə ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindən biri olan multikulturalizmin mövcud durumu barədə də ətraflı məlumat verilib. Azərbaycanda  dövlət dili ilə yanaşı etnik dillərin tədrisində ortaya çıxan problemlərin  araşdırılması və bu sahədə tipoloji oxşarlıq və fərqliliklərin müəyyənləşdirilməsi barədə məlumatlar da məruzənin mühüm hissəsini təşkil edib. Maraqla qarşılanan məruzə ətrafında geniş müzakirə aparılıb və konfrans iştirakçılarının Azərbaycanda mövcud olan multikultural və multilinqual durum haqda çoxsaylı sualları məruzəçi tərəfindən cavablandırılıb.

 





06.10.2015    çap et  çap et