525.Az

Robota oxşar smartfon təqdim edilib


 

Robota oxşar smartfon təqdim edilib<b style="color:red"></b> “Sharp” şirkəti robot formasında hazırlanan "RoBoHoN” smartfon modelini təqdim edib. 
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, robotun hündürlüyü 19,5 sm, çəkisi 390 qram təşkil edir ki, bu da smartfon üçün çox hesab edilir.

Kamera və dinamiklər robotun baş hissəsində, 2 düymlük sensorlu displey isə kürəyində yerləşir. Qurğu “3G” və “LTE” standartlarını dəstəkləyir, eləcə də "Wi-Fi” şəbəkəsinə qoşula bilir. “RoBoHoN” ikinüvəli  “Qualcomm Snapdragon 400 MSM8926” prosessoru ilə işləyir.
 
Telefon funksiyası ilə yanaşı, səs və sifətləri tanıyan robot-smartfon həmçinin sərbəst şəkildə hərəkət edir, insanı əyləndirir, eləcə də mini-proyektor rolunu oynayır, - “Qazeta” yazır.
 





06.10.2015    çap et  çap et