525.Az

"Qazprom" "Türk axını"nın həcmini 32 mlrd. kubmetrə endirib


 

"Qazprom" "Türk axını"nın həcmini 32 mlrd. kubmetrə endirib<b style="color:red"></b>

Rusiyanın “Qazprom” şirkəti “Türk axını” layihəsi ilə tədarük olunacaq illik 63 mlrd. kubmetrlik həcmi 32 mlrd. kubmetrə endirilməsi ilə bağlı qərar qəbul edib.

"APA-Economics"in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.
 
A. Miller bildirib ki, bu addım Rusiya qazını Baltik dənizindən keçməklə Avropaya nəql edəcək "Şimal axını - 2" layihəsinin buraxıcılıq qabiliyyətini artırmaq üçün atılıb.
 
Rəsmi Ankara isə bildirib ki, "Qazprom"un verdiyi qərar Türkiyəyə təsir etməyəcək.

 





06.10.2015    çap et  çap et