525.Az

Qazaxda ana ölümü qeydə alınıb


 

Qazaxda ana ölümü qeydə alınıb <b style="color:red"></b>

Qazaxda ana ölümü qeydə alınıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ikinci övladını dünyaya gətirən 28 yaşlı Təranə Əsgərova doğuşdan sonra vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, övladını qeysəriyyə üsulu ilə dünyaya gətirən qadın həkim səhlənkarlığının qurbanı olub.

Əməliyyatdan sonra vəziyyəti ağırlaşan gənc ana paytaxt xəstəxanalarından birinə göndərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

 





06.10.2015    çap et  çap et