525.Az

Göyçay Şəhər Uşaq Musiqi Məktəbinin açılışı olub


 

Göyçay Şəhər Uşaq Musiqi Məktəbinin açılışı olub<b style="color:red"></b> Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışı olub.

APA-nın məlumatına görə, açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.
 
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
 
Ümumi sahəsi 650 kvadratmetr olan ikimərtəbəli binada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün 80 yerlik konsert zalı yaradılıb. Məktəbin fortepiano, skripka, qarmon, xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə yiyələnirlər. Bütün sinif otaqları zəruri alət və avadanlıqla təchiz olunub.
 
Məktəbdə 430 şagirdin musiqi təlimi ilə 107 müəllim məşğul olacaq. Musiqi məktəbinə 7-13 yaşlı uşaqlar qəbul edilir. Burada təhsil müddəti 5-7 ildir.
 





07.10.2015    çap et  çap et