525.Az

Göyçayda Şahmat Məktəbinin açılışı olub


 

Göyçayda Şahmat Məktəbinin açılışı olub<b style="color:red"></b> Oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev Göyçaya səfəri çərçivəsində Şahmat Məktəbinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsib.
 
Bildirildi ki, Göyçay Şahmat Məktəbinin binası 1983-cü ildə istifadəyə verilib. Ötən ildən burada əsaslı yenidənqurma işlərinə başlanılıb. Binanın birinci mərtəbəsində 60 yerlik kiçik yarış zalı, kompyuter, müəllimlər və üç sinif otağı yaradılıb. Məktəbin 90 yerlik böyük yarış zalı var. İkinci mərtəbədə dörd sinif otağı yaradılıb. 
 
Qeyd edildi ki, hazırda məktəbdə təhsil alan 251 şagirdə şahmatın sirlərini 11 müəllim öyrədir. 
 
Sonda məktəbin müəllim və şagirdləri dövlət başçısı ilə xatirə şəkli çəkdiriblər.
 





07.10.2015    çap et  çap et