525.Az

Göyçay Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib


 

Göyçay Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib<b style="color:red"></b> Oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verib ki, dördmərtəbəli, 170 yerlik xəstəxana və ikimərtəbəli konsultativ poliklinika əsaslı şəkildə yenidən qurulub. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan xəstəxana binası əsas, yoluxucu xəstəliklər və digər korpuslardan ibarətdir. Xəstəxananın müalicə korpusunda qəbul, şüa-diaqnostika, rentgen, kompyuter-tomoqrafiya, ginekologiya, urologiya, travmatologiya, terapiya, anesteziologiya-reanimasiya şöbələri, cərrahi əməliyyat bloku və laboratoriya var.
 
Rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunub. Mərkəzi xəstəxanada və poliklinikada 102 həkim və 223 tibb işçisi əhaliyə xidmət göstərir. Xəstəxananın laboratoriyası da analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib. 
 
Xəstəxana ilə tanışlıqdan sonra dövlət başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
 





07.10.2015    çap et  çap et