525.Az

215 reseptlik "Lənkəran mətbəxi"


 

215 reseptlik "Lənkəran mətbəxi"<b style="color:red"></b>

Azərbaycan mətbəxini özündə birləşdirən ensiklopedik kulinariya kitabı işıq üzü görüb.

525.az-ın məlumatına görə, müəllif Xuraman Kərimova yaşlı nəsildən öyrəndiklərini və öz təcrübəsini toplayaraq “Lənkəran mətbəxi” adlı kulinariya toplusunda birləşdirib.

Kitab Lənkəranın zəngin mətbəxindən, bu mətbəxin özünəməxsus yeməklərindən, onların hazırlanma qaydası və faydalılığından bəhs edir. Topluda həmçinin Lənkəranda daha çox hazırlanan mürəbbələr, şorabalar, şirələr, içkilər, şirniyyatlar və ev şəraitində müxtəlif növ yeyəcəklərin reseptləri verilib.

Bundan başqa oxucular kitabda Lənkəran bölgəsində daha çox istifadə olunan müxtəlif növ tarixi məişət əşyaları ilə tanış olacaq və faydalı məsləhətlərdən yararlanacaqlar. Kitab geniş oxucu kütləsi üçün, xüsusilə cənub mətbəxini sevənlər üçün nəzərdə tutulub.

Kitabda 18 bölmə üzrə ümumilikdə 215 resept yer alıb.

 





07.10.2015    çap et  çap et