525.Az

FİFA prezidenti vəzifəsindən kənarlaşdırılıb


 

FİFA prezidenti vəzifəsindən kənarlaşdırılıb <b style="color:red"></b>

FİFA prezidenti Yozef Blatter korrupsiya qalmaqalı ilə əlaqədar 90 gün vəzifəsindən kənarlaşdırılıb.

APA-nın məlumatına görə, bu barədə “Guardian” qəzeti xəbər yayıb.
 
“Prezident Blatter 90 gün vəzifəsinin icrasından kənarlaşdırıldı. Hələ ki, bildiyimiz yalnız budur”, deyə Blatterin müşaviri Klaus Ştelker bildirib.
 
BBC-nin məlumatına görə, Blatterin vəzifəsindən kənarlaşdırılmasına dair son qərarı FİFA-nın Etika Komitəsinin arbitraj palatasının başçısı Hans-Yoaxim Ekkert oktyabrın 8-də qəbul etməlidir.
 
Qeyd edək ki, sentyabrın 24-də İsveçrə prokurorluğu Y.Blatterə qarşı cinayət işi açıb.

 





08.10.2015    çap et  çap et