525.Az

İtaliya millisi bu gün Bakıya gəlir


 

İtaliya millisi bu gün Bakıya gəlir<b style="color:red"></b>

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq İtaliya millisi bu gün ölkəmizə gələcək.

525.az-ın Futbolxeber.az-a istinadən verdiyi məlumata görə, “Skuadra Adzurra”nı Bakıya gətirən təyyarə 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək. Komanda üzvləri hava limanından birbaşa qalacaqları otelə yollanacaq.

Oktyabrın 9-da İtaliya millisi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyunöncəsi məşqə çıxacaq.

Xatırladaq ki, Azərbaycan - İtaliya görüşü oktyabrın 10-da keçiriləcək və saat 21:00-da start götürəcək.

 





08.10.2015    çap et  çap et